Bodrumda baş verən yaxta yanğını ilə bağlı böhtan xarakterli nəşrlərlə bağlı Bəyanat


Məlum olduğu kimu son bir neçə həftə ərzində mediada mənfi PR kampaniyasına məruz qalmışam. Bodrumda baş verən şəxsi yaxtalarda baş verdiyi yanğın ilə məni əlaqələndirən son yazılar tamamilə əsassız olduğunu aydınlaşdırmaq istərdim. Hər hansı bir anlaşılmazlığın qarşısını almaq üçün birmənalı şəkildə bildirirəm ki, bəzi media mənbələrində hər hansı təsdiqlənmiş faktlar olmadan yalan fərziyyələr yayılmasına baxmayaraq, bu yanğın nəticəsində ziyan çəkmiş yaxtaların heç biri mənə məxsus deyil.

Müəyyən media mənbələrini və jurnalistləri bu hadisə ilə bağlı hər hansı bir məlumatı dərc etməzdən öncə, peşəkar dürüstlüyünü nümayiş etdirməyə Türkiyə Respublikasının müvafiq səlahiyyətli orqanları ilə məlumatları təsdiqləməyə çağırıram. Vurğulamaq istərdim ki, bu hadisə açıq şəkildə Türkiyə mediası tərəfindən işıqlandırılıb. Təəssüf ki, Azərbaycan və bəzi digər ölkələrin media mənbələrinin əksəriyyəti bu hadisə ilə bağlı tamamilə yalan və qeyri-dəqiq məlumatlar yayıb. Bu cür maddi ziyann heç bir faktiki əsas olmadan kiməsə aid edilməsi qəbuledilməzdir və ən azından faktların dəqiqləşdirilməsində lazımi araşdırmanın aparılmamasını bəriz nümünəsidir.

Təəssüf ki, mənim adımın bu cür spekulyativ materiallarda hallanması ilk belə hadisə deyil. Bu cür əsassız iddiaların mediada sistematik şəkildə yayılması jurnalistlər tərəfindən faktların və məlumatların dəqiqliyini yoxlama standartlarını uyğun deyil və onların peşəkar fəaliyyətini şübhə almağa imkan verir.

Buna baxmayaraq, həmişə olduğu kimi, bütün halları tez və şəffaf şəkildə müəyyən etmək üçün istənilən qanuni araşdırmala dəstək olmağa tam hazır olduğumu təsdiqləyirəm.

Xahiş edirəm bütün media sorğularını rəsmi nümayəndələrimə aşağıdakı elektron poçt ünvanı vasitəsilə göndərin: [email protected].