Anar Əliyevin nüfuzlu “Oil&Gas Middle East” jurnalının “LAST WORD” rubrikasına müsahibəsi


“Union Grand Energy” şirkətini başçısı və təsisçisi

1. Regional neft və qaz sənayesində hazırki rolunuz nədən ibarətdir?

Mənim şirkətim “Union Grand Energy” Azərbaycanda neft və qaz sektorunda “upstream” və “downstream” adlanan enerji layihələrində son dərəcə yüksək səviyyədə fəaliyyət göstərir. Lakin biz, Azərbaycan biznes nümayəndələri kimi BƏƏ bazarına sadiq qalmaqda davam edirik. BƏƏ-nin mənim üçün daha cəlbedici bazar olmasının bir neçə səbəbi var ki, buraya köklü şəkildə enerji sektorunun inkişaf etməsi, əlverişli daşınma və logistika qurğularının olması və etibarlı sənaye tərəfdaşlarının geniş dairəsi daxildir. Əslində, biz 2000-ci illərin əvvəllərində, Dubayda neft və qaz sənayesinin neft-xidməti şirkətlərinə təminatçı qismində fəaliyyətə başlamışıq. Zaman keçdikcə, daha böyük təcrübə əldə etdikcə, biz artıq Azərbaycanda neft və qaz hasilatı layihələrinə qoşulduq. Bizim şirkət davamlı şəkildə fəaliyyət göstərərək genişlənib və bu bazar üçün lazım olan məhsulları və yeni texnologiyalar ilə təmin etməyə başlayıb. Bundan əlavə, Azərbaycanın 20 ildən artıqdır ki, müstəqillik qazanmasına baxmayaraq, neft və qaz sektorunda hələ də təcrübə çatışmazlıqları özünü birüzə verir. Bu baxımdan, o zamanlar BƏƏ-də yaradılan müəssisələrim bu ölkənin neft və qaz sektorundan zəngin tərcrübə əldə edib və xeyli sayda BƏƏ bazarının mütəxəssislərini cəlb edir. Eyni zamanda, mənim Azərbaycanda neft və qaz sahəsindəki layihələrim BƏƏ ofisləri tərəfindən səmərəli şəkildə idarə olunur.

2. Hazırda bu sektorda ən öndəgedən tendensiya və ya inkişaf xətti hansıdır və bu sizin şirkətə necə təsir göstərir?

Mənim fikrimcə, neft və qaz sahəsinin ən perspektivli tendensiyası bu sektora marağın artmasına səbəb olan məhsulların qiymətinin yüksək səviyyədə qalmasıdır. Yeni tendensiyalar sırasında mən neft və neft-xidməti şirkətləri arasında olan yüksək rəqabəti xüsusilə qeyd edərdim. Beləki, uzun illər ərzində müxtəlif bazarlarda qazandığımız təcrübə bizə öz müsbət xidmətini göstərib.

3. Yaxın Şərqdə neft və qaz sahəsinin gələcəyinə dair düşüncələriniz nədən ibarətdir?

Burada nəyinki neft və qaz sənayesinə, hətta bütövlükdə dünyaya öz təsirini göstərən təkzibedilməz bir fakt mövcuddur: bir çox məqamlar dəyişib və enerjiyə olan qlobal təlabat sürətli şəkildə inkişaf edəcək. BƏƏ bərpa edilən enerji sahəsində birincilərdəndir və neft və qaz sektorunda səmərəli inkişafı sayəsində bu liderliyini qoruyacaq. BƏƏ həmçinin Abu-Dabidə yerləşən “Madinat Zayid”də dünyanın ən böyük günəş enerjisi istehsal edən müəssisəsini inşa etdirir ki, bu da onu dünyanın aparıcı alternativ enerji istehsalçıları sırasına daxil edir.

4.Sizin şirkət korporativ sosial məsuliyyət (KSM) üzrə hansı proqramlarda iştirak edir?

Biz son illər ərzində KSM proqramlarında fəal şəkildə iştirak etmiş və bu sahədə bizə kömək edən bir çox mütəxəssisləri cəlb etmişik. Gənclərə təhsil sahəsində öz məqsədlərini həyata keçirtmək üçün göstərdiyimiz maliyyə dəstəyi ən vacib hesab etdiyim KSM proqramlarımızdan biridir. Qoşulduğumuz digər böyük proqramın əsas məqsədi isə Azərbaycanda enerji layihələrində çalışan işçilərin evlə təmin olunmasıdır. Biz bu proqramın həyata keçirmək üçün xeyli zəhmət, vaxt və vəsait sərf etdik və mən bunu deməyə şadam ki, bu il təxminən 18 ailə yeni evlərə sahib olacaq.

Haqqında bəzi faktlar:

Ən çox sevdiyiniz film hansıdır?

“Forest Qamp”

Tətilinizi harda keçirməyi xoşlayırsınız?

Mən doğma şəhərim Naxçıvanı və Türkiyənin gözəl mənzərələrini çox sevirəm.

Ən çox sevdiyiniz qrup, müğənni və ya bəstakar?

Muğam başda olmaqla Azərbaycanın milli musiqisini çox xoşlayıram. Xaricilərdən isə Stinq, Bitlz və rus müğənnisi Qreqori Lepsi bəyənirəm.

Ən çox sevdiyiniz kitab?

A. Bakıxanovun tarixi əsəri olan “Gülüstan və İrəm” kitabını sevirəm.