Saxta xəbərlər yayan www.talk-finance.co.uk adı kimi tanınan bir saytın mənim şəxsi və beynəlxalq işgüzar fəaliyyətim haqqında fəal şəkildə yalan və böhtan xarakterli məlumatların yayması faktı mənim diqqətimə çarpıb.
Vebsaytın yanlış məzmunlu məlumatların yayılmasının artıq sənədləşdirilmiş tarixi mövcuddur və bu resurs artıq geniş şəkildə saxta xəbər saytı kimi tanınır. Bu cür dezinformasiya və saxta xarakterli məlumatların yayılmasına görə artıq ABŞ-ın hüquq-mühafizə orqanlarına məlumat verilib və hazırda onların hərəkətlərindən ziyan çəkmiş ABŞ-ın nüfuzlu bir investisiya şirkəti tərəfindən hüquqi tədbirlər görülür. Müvafiq ekspertizanın araşdırması təsdiq edir ki, adı gedin resurs konkret bir ölkənin təhlükəsizlik xidmətlərinin göstərişi əsasında saxta jurnalist kimlikləri altında dezinformasiya yayır.
Keçən il ərzində bu nəşr mənim nüfuzuma xələl gətirmək üçün qəsdən düşünülmüş və planlaşdırılmış şəkildə ən azı iki məqalə dərc etmişdir. Məqalələrdə təqdim olunan iddialar tamamilə yanlışdır, aldadıcıdır və heç bir etibarlı əsas və ya dəstəkləyici dəlilərlə təsdiqlənmir.
Mənim iqtisadi və işgüzar fəaliyyətim şəffaf şəkildə çalışdığım hər bir ölkədə bütün qanuni və tənzimləyici tələblərə, o cümlədən müvafiq ölkələr tərəfindən tətbiq edilən sanksiyalar və məhdudiyyətlərə ciddi riayət etməklə həyata keçirilir. Artıq dəfələrlə qeyd edildiyi kimi – şəffaflıq və qanunlara riayət edilməsinə sadiqliyimi təsdiq edərək, hər hansı bir aydınlaşdırma tələb olunduqda, istənilən ölkənin hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə tam hazıram.
Bu mənfi və əsassız məqalələrin nəşrindən öncə nə mənimlə, nə mənim media nümayəndələrimlə hər hansı şərh üçün əlaqə saxlayan olmayıb və bu isə artıq fundamental jurnalist standartlarının açıq şəkildə pozulmasıdır. Bu saytın fəaliyyəti haqqında məlumat verən aparıcı Böyük Britaniya media resursu olan “The Guardian” – da ifadə olunan fikirlərlə də tam razıyam ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş və etibarlı Britaniya xəbər agentliklərinə özünü bənzətməyə çalışan saxta xəbər saytlarının saxta mənfi xəbərlər və dezinformasiya yayması Böyük Britaniya mediası üçün utancverici bir haldır. Böyük Britaniyanın media resurslarının reputasiyasından bu şəkildə sui-istifadə edilməsi həqiqətən də son dərəcə narahatedicidir. Həqiqətən də, müvafiq media resursun sahibliyinin şəffaflığı bu cür nəşrlərin arxasında duran motivləri anlamaq, gizli gündəmləri ifşa etmək və ictimaiyyəti dezinformasiyadan qorumaq üçün vacibdir.
Həmişə olduğu kimi istər hal-hazırda, istər gələcək bu cür əsassız və zərərli məlumatların yayılmasında iştirak edən hər hansı bir tərəfə qarşı hüquqi maraqlarımı qorumaq məqsədi ilə, bütün mövcud hüquqi vasitələrdən istifadə edəcəyəm.
Bu bəyanat həm də mənə aid hər hansı əlavə məqalə dərc etməyi planlaşdıran bütün KİV-lərə xatırlatma rolunu oynayır – xahiş edirəm, rəsmi media nümayəndələrimlə aşağıdakı e-poçt ünvanı ilə əlaqə saxlayın: [email protected].