Xocalı soyqırımının 26-cı ildönümüdür


Bu gün bəşəriyyət tarixinin ən qanlı faciələrindən sayılan Xocalı soyqırımının növbəti ildönümüdür. Bu dəhşətli faciənin kədərini xalqımla bu gün bölürəm və günahsız qurbanları hər bir Azərbaycanlını anmağa çağırıram.
Hal-hazırda Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir çox ölkəsinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapıb. Biz – gənc nəslin nümayəndələri bu faciənin dünyaya tanıtdırılmasında və ona ədalətli hüquqi və siyasi qiymət verilməsinə nail olmaqda fəal rol oynamağa davam etməliyik.
Xocalı soyqırımı və onun qurbanları Azərbaycan xalqının qəlbində və tarixdə hər zaman yaşayacaq və unudulmayacaq!