Bakıda biznes, Dubayda biznes


Məndən həmişə Bakıda və Dubayda biznes qurmağın necə bir iş olduğunu soruşurlar.

Maraqlananlara onu demək istəyirəm ki, biz həm də Türkiyədə və Sinqapurda biznes fəaliyyəti ilə məşğul oluruq, ona görə də, tam mənası ilə deyə bilərik ki, biz həqiqətən də dünyanın müxtəlif yerlərində biznesini yüksələn xətlə inkişaf etdirən beynəlxalq şirkətik.

Onu deməliyəm ki, Bakı və Azərbaycan həmişə doğma vətən saydığımız, əsas biznesimizi qurduğumuz və inkişaf etdirdiyimiz yer kimi qalacaq.

Biz energetika sənayesində həyata keçirdiyimiz fəaliyyətimizə görə Xəzər regionunda və MDB ölkələri arasında tanınırıq. Bu isə daha çox istehsal və ixrac deməkdir. Biznesimizə maşın və avadanlıqların satışını həyata keçirən aparıcı şirkət kimi başlamışıq. Biz daima böyüyür və inkişaf edirik, bu yaxınlarda isə bunu kimya məhsulları istehsalı sahəsində reallaşdırdıq.

Dubayda 10 ildən artıqdır ki, aktiv fəaliyyət göstəririk. Burada biznesimizə kompüter elektronikası sahəsi ilə başlamışıq. Bu sahə daha sonra digər sektorlara keçid edə bilməyimiz üçün model rolunu oynayıb. Deyə bilərəm ki, bizim şirkətlər Dubayda fəaliyyətə başlamış ilk Azərbaycan şirkətlərindən olublar. Biz biznes fəaliyyətimizin çox hissəsini Dubaydan Birləşmiş Ərəb Əmirlikləri və Fars körfəzinədək genişləndirmək üzərində diqqətimizi cəmləmişik.

Ticarətdəki əsas hədəfimiz daha sürətlə inkişaf etmək, işimizi fəal şəkildə quraraq, neft-kimya məhsullarının, xam neftin və neft avadanlıqlarının satışını uğurla həyata keçirməkdir. Tikinti-inşaat və daşınmaz əmlak sahələri də inkişaf etdirmək niyyətində olduğumuz və yeni imkanları hədəf ala biləcəyimiz sahələr arasındadır.