İtalyanin “L’espresso” Jurnalinda Dərc Olunmuş Məqaləyə Dair Anar Əlizadənin Bəyanati


Uzun müddət ərzində mənim adım mediada ehtikar xarakterli nəşrlərdə istifadə olunmurdu. Bunun isə səbəbini mənə qarşı keçmişdə irəli sürülən ittihamları tam olaraq cavablandırmaq iqtidarında olmağımda və onların əsasız olduğunu sübut etməyimdə görürəm. Lakin, bu yaxınlarda İtalyanın “L’Espresso” jurnalı mənim adımı müxtəlif ehtikar xarakterli məqsədlər üçün istifadə etməyə çalışdı. Artıq hamıya məlumdur ki, TANAP Layihəsinin (*Avropanın enerji ilə təmin olunması mənbələrinin diversifikasiyası üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan qaz boru layihəsi) həyata keçirilməsinə mane olmaq üçün müxtəlif siyası qüvvələr əllərindən gələni əsirgəmirlər. Məhz bu məqsədlər üçün həmin qüvvələr Azərbaycana, onun Hökumətinə və siyasətə heç bir aidiyyəti olmayan mənim kimi sıravi iş adamlarına qarşı mənfi media kampaniya daxil olmaqla, aqressiv təşviqat aparırlar. 16 aprel 2017-ci il tarixində qeyd olunmuş İtalyan Jurnalı “The Pipeline of Three Regimes” adlı növbəti ehtikar xarakterli məqaləsini dərc etdi. Bu provokasiya təbiətli məqalə guya ki, obyektiv və istintaq jurnalizminin məhsulu olduğu iddia edildi. Lakin, tam olaraq əsasız və müəyyən siyası məqsədlər üçün həmin Jurnal mənim adımı yüksək səviyyəli siyasətçilər və hökumətlər ilə eyni bir cərgədə qeyd etdi. Hər hansı bir ciddi əsas və hüquqi sübutların olmaması səbəbindən “L’Espresso” Jurnalı sadəcə keçmişdə Global Witness təşkilatının hazırladığı və həm mənim, həm də SOCAR tərəfindən tam olaraq cavablandırılmış və artıq heç bir sual doğurmayan Hesabatından müxtəlif məqamları yenidən qabardaraq təkrarladı. Qeyd olunmuş Məqalədə “L’Espresso” xüsusi ehtikarlı yazma stilini istifadə edərək, mənim biznes fəaliyyətim haqqında şəkk və şübhələri artırmağa cəhd etdi.

Lakin, mənim hüquqşünaslarımın tələbi və məhkəməyə müraciət etmək niyyətinin ciddi olduğu təzyiqləri nəticəsində “L’Espresso” Jurnalı 4 iyun 2017-ci ildə qanuna uyğun olaraq qeyd olunmuş Məqalədə mövcud olan əsasız və səhv iddiaların təkzib edilməsi məqsədləri üçün, mənim hüquqşünaslarımın rəsmi cavabını dərc etdi.

Nəşr edilmiş rəsmi təkzib cavabı aydın şəkildə aşağıdakı sualları cavablandırdı:

1. Mənim Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti və yaxud onun ailəsi və həmçinin Azərbaycanda hər hansı siyasi və ya rəsmi siyasi vəzifə tutan şəxslərlə heç bir qohumluğum yoxdur;

2. Mənim nəslimin kökü Məqalədə quya ki qohumluğum olduğu iddia edilən ən yüksək vəzifəli şəxslərin kökündən fərqli olaraq, Azərbaycanın digər regionundan əsasını götürür;

3. “Əliyev” soyadı Azərbaycanda geniş yayılıb və həmin soyadın daşıyıcısı olmaq mütləq olaraq Zati-aliləri Azərbaycan Respublikasının Prezidentinin qohumu olması demək deyil və mənim soyadımın Rus tipli sonluğunun dəyişdirilməsi sadəcə mənim nəslimin tarixi ad və soyadlara dönmək məqsədləri ilə həyata keçirilib;

4. “Ağ Şəhər” Layihəsi taninmış Atkins və Norman Foster kimi şirkətlər tərəfindən hazırlanmış yerli və beynəlxalq investorlar üçün açıq və şəffaf olan bir beynəlxalq şəhərsalma layihəsidir və mən həmin Layihədə “Bakı Ağ Şəhər Ofis Binası” layihəsinin maliyyələşdirilməsində iştirak etmişəm və həmin layihə tam olaraq başa çatıb;

5. Mən “Union Grand Energy PTE Ltd” şirkətlər qrupunun başında olan yeganə “Horizon İnvestments FZE” (BƏƏ) şirkətinin yeganə və müstəsna sahibiyəm;

6. “Eventus General Trading FZE” (BƏƏ) (keçmişdə “Heritage General Trading FZE”) şirkəti qeyd olunmuş Məqalədə SOCAR-a aid Maltada qeydiyyata alınmış hər hansı bir şirkətdə heç bir pay sahibliyinə malik deyil;

və 7. “SOCAR Trading SA” şirkətinin bu yaxınlarda “böyük dördlükdən” olan beynəlxalq audit şirkətlərindən biri tərəfindən keçirilmiş müstəqil qiymətləndirmə həmin şirkətin dəyərinin bu gün 1,5 milyard ABŞ Dolları olduğunu müəyyən etdi və həmin şirkətin qurulmasından yalnız Azərbaycan dövlət olaraq bəhrələndiyi sübuta yetirildi.

“L’Espresso” tərəfindən yuxarıda qeyd olunmuş təkzib cavabın dərc olunması yalnız mənim kifayət qədər güclü, hüquqi olaraq əsaslandırılmış və ciddi sübutlara əsaslanan mövqeyim nəticəsində mümkün olmuşdur. Beləliklə, mənə qarşı irəli sürülən ittihamları tam olaraq əsasiz olduğunu sübut etdim və “L’Espresso” Jurnalında çıxan təkzib cavabı mənim biznes fəaliyyətimə dair heç bir sual və şübhələr doğurmağına artıq heç bir əsaslar vermir. Sonunda qeyd etmək istərdim ki, mənim reputasiyama xələl gətirən hər hansı diffamasiya xarakterli və əsasız ittihamlarla dolu məqalə və ya məlumatların dərc olunması cavabsız qalmayacaq və mənim tərəfimdən zəruri hüquqi, məhkəməyə müraciət etmə daxil olmaqla, addımlar atılacaq.

Anar Əlizadə

17 iyun, 2017-ci il