UGE – Bakı ilə Dubay arasında ən səmərəli əməkdaşlıq üçün qurulan körpüdür


On ildən artıqdır ki, mən Bakı ilə Dubay arasında fəaliyyət göstərən, milli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edən, eləcə də, Bakının Dubay üçün, Dubayın isə Bakı üçün körpü rolunu oynamasını təmin edən UGE (Union Grand Energy) şirkətlərinə rəhbərlik edirəm.

Nəyi nəzərdə tutduğumu və Union Grand Energy şirkətində maddi dəyişiklikləri necə apardığımızı, Bakı ilə Dubay arasında yükdaşınması xidmətlərini və araşdırmalarını necə sürətləndirdiyimizi izah etmək istəyirəm.

Bizim energetika, tikinti, ticarət və texnoloji inkişaf sahəsindəki fəaliyyətimiz şirkətlər arasında mədəniyyət və bazarların təbii şəkildə əlaqələndirilməsinə şərait yaradır – biz bir yerdə öyrəndiyimizi, tətbiq etydiyimizi və bildiyimizi digər yerdə tətbiq edirik. Bu o deməkdir ki, biz artıq milli və beynəlxalq kapitalı və sərmayəni yüksək səviyyədə cəlb etməyə qadirik.

İşə gələcək fəaliyyətimizdə müasir tərəqqi modeli rolunu oynayan ən son yeniliklərlə təchiz edilmiş kompüter elektronikası və yüksək texnologiyalı xidmətlər, ticarət və istehsal üsulu ilə başladıq. Özümüz bu sistemlər üçün dizayn və sxem modelləri yaratdıq və daha sonra düşündüyümüz bu üsulları biznesimizə tətbiq etdik. İşgüzarlığımızın bu növü şirkətlərimizə Bakıda inkişaf etməyə və genişlənməyə imkan yaratdı və bununla da müasir üslublu daha böyük yerli xidmət bazarı meydana gəldi.

Bu yeniliklərin tətbiqi həmçinin, bizim daha novator, yeniliklərə açıq və rəqabətədavamlı olmağımızı təmin edir, və biz biznesin idarə olunması, sabit və rahat şəraitdə fəaliyyət göstərməyi, xarici sərmayənin cəlb edilməsi imkanlarını harada və necə tətbiq etməyi bilirik.

Fəaliyyət göstərdiyimiz yerdə işimizi ölkənin yerli və dövlət maraqlarının qorunması və əsas tutulması şərtilə qurur, ölkənin milli iqtisadiyyatının və sosial bazasının möhkəmlənməsinə öz töhfəmizi veririk.

Diqqətiniz üçün təşəkkür edirəm,

Anar Əlizadə.

Məni TwitterFacebook-da izləyin.